Azərbaycanda daha bir tələbə öldü – FOTObackend

Azərbaycanda daha bir tələbə öldü - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daha bir tələbəsi dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, universitetin İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Ramil Kazımov intihar edib.

Qeyd edək ki, bundan əvvəl – iyulun 17-də UNEC-in daha bir tələbəsi – TUDİFAK fakultəsinin I kurs tələbəsi Leyla Əzizli xərçəng xəstəliyindən dünyasını dəyişib. Ümumilikdə, son bir həftə ərzində Azərbaycanda 4 tələbə vəfat edib. Məlumat üçün bildirək ki, ötən gün – iyulun 22-də Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin sonuncu kurs tələbəsi İsmayılzadə Ayşən dünyasını dəyişib. Ondan əvvəl isə, ADNSU-nun tələbəsi Mikayıl Əzizov iyulun 19-da meningit, pnevmaniya xəstəliyi səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat edib.

pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*