Azərbaycanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların 52,2 faizi Bakı şəhərinin payına düşür.
KONKRET.az koronavirusinfo-ya istinadən xəbər verir ki, ölkə üzrə ikinci ən çox yoluxma 13,3 faizlə Aran zonasındadır.
Abşeron rayonu yoluxmaya görə 12,9 faizlə 3-cü yerdədir.
Gəncə-Qazax zonası 8,1 faiz yoluxma ilə 4-cü yerdə qərarlaşıb. Quba-Xaçmazda 3,0, Şəki- Zaqatalada 3,2, Lənkəran rayonunda 2,9, Yuxarı Qarabağ bölgəsində 1,4, Dağlıq Şirvan ərazilərində isə 2,5 faiz qeydə alınıb.
Naxçıvan Muxtar Respublikasında isə son statistikaya görə, koronavirusa yoluxma halı 0,005 faiz qeydə alınıb.

Vəsilə İbrahim
KONKRET.az
