Azərbaycanda komendant saatı tətbiq ediləcək? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda komendant saatı tətbiq ediləcək? – RƏSMİ AÇIQLAMA

“20 apreldən sonra komendant saatının tətbiq edilməsi ilə bağlı göstəriş yoxdur”.

KONKRET.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, hazırda gündəlikdə belə bir məsələ yoxdur:

“Saat 9-dan sonra küçəyə çıxmamaqla bağlı Daxili İşlər Nazirliyinin tövsiyəsini konteksdən çıxarırlar. Həyati əhəmiyyətli strukturlarda işləyən insanların çölə çıxmaq icazəsi var. Amma bəziləri bu icazədən sui-istifadə edirlər, iş olmayan günlərdə də küçədə dolaşanlar olur. Tövsiyə olunub ki, bu icazədən sui-istifadə edilməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*