Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü – YARALILAR VAR – YENİLƏNİBbackend

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü - YARALILAR VAR - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan zaman qəzaya düşən Xudat Şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin son durumunu açıqlayıb.

Bununla bağlı açıqlama verən TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hadisə nəticəsində 7 həkim xəsarət alıb.

“Onlardan 5 nəfərinin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib. 2 nəfər həkim isə xəstəxanaya müayinə aparılıb. Hazırda onların müayinələri davam edir”, o bildirib.

***

16:54

Quba Mərkəzi Rayon Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.

KONKRET.az report-a istinadən xəbər verir ki, Xudat Şəhər Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən, yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalrından birinin tibb işçiləri olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*