Azərbaycanda Od çərşənbəsidirbackend

Azərbaycanda Od çərşənbəsidir

Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.

KONKRET.az xəbər verir ki, od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od çərşənbəsinə bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyirlər.

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*