backend

“Azərbaycanda ölüm hökmünün bərpasına tərəfdaram” – Millət vəkilindən açıqlama

Fazil Mustafa: “Bəzən Azərbaycanda  ölüm hökmünün bərpasına ehtiyac yaranır”

Türkiyədə edam hökmünün bərpa olunacağı gözlənilir. Belə ki,prezident Rəcəb Tayyib Ərdoğan edam cəzasının bərpa olunmasının mümkünlüyünü istisna etməyib. Dövlət başçısının sözlərinə görə, ölkə parlamenti ölüm hökmünün bərpası barədə qərar qəbul edərsə, o bunu təsdiqləyəcək.  Bu mövzu Azərbaycanda da ölüm hökmünün bərpası xəbərini gündəmə gətirib.

Görəsən, Azərbaycanda ölüm hökmü bərpa edilə bilərmi? Ümumiyyətlə, buna ehtiyac var?

Konkret.az mövzunu millət vəkili Fazil Mustafa ilə müzakirə edib. Deputat bildirib ki, Azərbaycanda ölüm hökmünün tətbiq olunması bir az inandırıcı görünmür: “Ona görə ki, bizim Avropa Şurası qarşısında öhdəliyimiz var. Bu öhdəlikdə ölüm hökmünün ləğvi məsələsi nəzərdə tutulub. İndiki vəziyyətdə Azərbaycan Avropa Şurası ilə anlaşılmazlıq mühiti yaratmaqda maraqlı deyil”.

Fazil Mustafa əlavə edib ki, bəzən Azərbaycanda da, ölüm hökmünün bərpasına ehtiyac yaranır: “Xüsusən azyaşlı uşaqların və qadınların öldürülməsi və digər məsələlərdə ölüm hökmünün tətbiqinə ehtiyac duyulur. Bəzən cəmiyyətdə biz də bunun tərəfdarı kimi çıxış edirik. Amma ümumiyyətlə bunu tətbiq etmək siyasi anlamda problemlər yarada bilər”.

Millət vəkilinin sözlərinə görə, Türkiyədə terror təhlükəsi, yaxud qadın və uşaq ölümü, eləcə də digər məsələlər,  toplumda böyük narahatlıq yaradıb: “Ona görə də, cəmiyyətdən gələn tələblər üzərinə ölüm hökmünün bərpası gerçəkləşə bilər. Çünki Türkiyə cəmiyyətində populizm elementləri mövcuddur. Türkiyədə cəmiyyətin mövqeyini saya saymamaq, seçkidə səs itirməyə gətirib çıxara bilir. Bu səbəbdən də qonşu ölkədə ölüm hökmünün bərbası realdır. Amma Azərbaycanda bu mümkün deyil. Lakin Türkiyədə də, bu addımın atılacağına inanmıram. Çünki qanunun qəbulu Avropa qurumları ilə müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər”.

Fazil Mustafa bir sıra məsələlərdə Azərbaycanda ölüm hökmünün bərpasının tətbiqinə tərəfdar olduğunu dilə gətirib. Xüsusən də uşaq və hamilə qadınların ölümü ilə bağlı buna ehtiyac olduğunu bildirib.

Müşfiq Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*