Azərbaycanda peşəkar kadr tapmaq çətinləşib: Bəs peşə məktəbləri və universitetlər nə işə yarayır?backend

Azərbaycanda peşəkar kadr tapmaq çətinləşib: Bəs peşə məktəbləri və universitetlər nə işə yarayır?

Azərbaycanda müasir əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, peşə məktəbləri və kolleclərin təhsil proqramlarının real sektorun ehtiyaclarına uyğunlaşdırılması zərurəti ekspertlər tərəfindən tez-tez vurğulanır.

Bəs bu sahədə hansı dəyişiklik və yeniliklərin tətbiqinə ehtiyac var?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hazırda Azərbaycanda əmək bazarının tələblərinə cavab verən universitet məzunlarının sayı azlıq təşkil edir.

Təhsil eksperti DİM-i tənqid etdi: “30 il ərzində...”

“Biz bu gün məzunları əmək bazarına hazırlamırıq, sadəcə universiteti bitirən gənclər yetişdiririk.

Son illərdə texniki peşə mərkəzlərinə müəyyən sərmayələr yatırılıb və bu sahədə müsbət nəticələr müşahidə olunur.

Şəxsən müşahidə etdiyim bəzi peşə mərkəzlərində artıq əmək bazarının tələblərinə uyğun məzunlar hazırlanır.”

Bununla belə, Məzahir Məmmədli kolleclərin vəziyyətini daha problemli hesab edir. Onun fikrincə, kolleclər hazırda Azərbaycanın ən zəif təhsil pillələrindən biri kimi qalmaqdadır:

“Kolleclərlə bağlı səslənən iradlara baxmayaraq, bu müəssisələrin əmək bazarı üçün kadr hazırlaması hələ də ciddi problem olaraq qalır.”

kolleclərin əsas məqsədi tələbələri əmək bazarına hazırlamaqdan çox, onların ali məktəblərə imtahansız keçidini təmin etmək kimi formalaşıb.Bu isə onların əsas prioritetinə çevrilib.”

Mütəxəssisin fikrincə, mövcud vəziyyətdən çıxış yolu kimi kolleclərdə və peşə məktəblərində proqramların yenilənməsi, praktik biliklərin artırılması və əmək bazarı ilə birbaşa əlaqələrin gücləndirilməsi vacib hesab olunur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*