Azərbaycanda pulsuz 5 yeni lisey yaradıldı – Qəbul belə olacaq – RƏSMİbackend

Azərbaycanda pulsuz 5 yeni lisey yaradıldı - Qəbul belə olacaq - RƏSMİ

Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb.
Onun sözlərinə görə, yeni liseylər Təhsil Nazirliyi tərəfindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında yaradılıb. Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.

Sözügedən liseylərdə təhsil dövlət hesabına həyata keçiriləcək. Şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün liseylər zəruri maddi-texniki baza ilə təchiz olunacaq, xüsusi tədris planları tərtib ediləcək. Liseylərdə şagirdlər dövlət hesabına gündə üç dəfə isti yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.

Qeyd edək ki, liseylərə qəbul imtahanlarının 2020-ci il avqustun ikinci yarısında keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanında suallara Azərbaycan dili və riyaziyyat fənləri üzrə tapşırıqlarla yanaşı, eyni zamanda şagirdlərin qeyri-standart düşünmə bacarıqlarının yoxlanılması məqsədilə məntiqi tapşırıqlar daxil ediləcək. IX siniflərə qəbul üçün əlavə olaraq şagirdlərin fizika və kimya fənləri üzrə bilikləri yoxlanılacaq.
2020-2021-ci tədris ilindən etibarən hər tədris ili üçün liseylərə şagird qəbulu müsabiqə əsasında həmin rayon (şəhər) və ətraf rayonların (şəhərlərin) ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər sırasından VI, VII, VIII və IX siniflərə aparılacaq. Şagird qəbulu aparılan tədris ilindən əvvəlki son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlər VII, VIII və IX siniflərə müsabiqədənkənar qəbul ediləcəklər.
Xatırladaq ki, 2019-2020-ci tədris ilində Gəncə, Şirvan, Şəki şəhərləri və Quba rayonunda nazirliyin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin və Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil olunmuşdu. Yeni liseylər həmin regionlarda sözügedən lisey siniflərinin bazasında yaradılıb.
  • Nurlan Baxsiyev
    İyun 7, 2020 - 18:29

    Bu liseydə niyə Lənkəran kimi böyük şəhərdə yaradılmır?

  • Nigar
    Noyabr 4, 2020 - 14:52

    Gəncədə hardadır bu lisey yerləşdiyi ünvanı qeyd edərdiniz zəhmət olmasa

  • İlkin
    Yanvar 12, 2021 - 17:15

    2021-22-ci tədris ili üzrə qəbul imtahanlarının keçirilməsi nə vaxta nəzərdə tutulur? Və bu barədə haradan ətraflı məlumat almaq olar?

  • Nermin
    Avqust 30, 2021 - 12:26

    Salam Men Baxisova Nermin. Yoldasim 2 qurup herbiden gelme elil Poladxan Baxisov. 2 usaqimiz var qizim Zeynəb Baxisova HAL hazirda 18 nomreli Mikayil Musiqi adina orta mektebin 9 cu sinif sagirdidi isterdiki xarici mektebi oxumaq arzusu var xais edrem coxda etrafli sizinlə danismak isterdim. 0552328747 tesekkurler

  • Zeynalova Vüsalə Qalib
    Noyabr 17, 2021 - 17:58

    Mən Zeynalova Vüsalə Qalib. Məni 2 övladım var biri halhazırda 7,diyəri 8 sinifdə oxuyur. Vəliyev Rinat Bəxtiyar oğlu 2009. 05.13 doğulub halhazırda Binəqədi Rayon Biləcəri qəsəbəsi 301 S. Məmmədov adını orta məktəbin 7b si

  • Turane
    Noyabr 21, 2021 - 13:37

    Salam bu liseylərə qebul olmaq üçün imtahan verirsən? Hansi fənlərdən və nə qeder bal yiğmalsan?

  • Quluyeva Məsti
    Yanvar 20, 2022 - 18:14

    Salam menim iki övladım var biri qız biri oğlan oğlum 3ci sinifdə oxuyur qızım 5ci sinifdə istəyərəm onlarda leceydə oxusun xaiş edirəm köməklik edin

  • anasaygün
    Avqust 9, 2022 - 00:09

    Salam menim imkanım çatmır uşağları oxuda bilmirəm yoldaşım rəhmətə gedib tekem istəyirəm uşağlarım təhsil alsın xayis edirəm bura usaglarimi qoymağda komeylig ederdiz

  • sevinc
    Noyabr 2, 2022 - 09:51

    5yaşlı mektebeqederde var burada

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*