Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? – VİDEObackend

Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? - VİDEO

Ölkəmizdə pandemiya ilə bağlı  əksər qadağalar aradan qaldırılsa da, quru sərhədləri hələ də bağlıdır.

KONKRET.az xəbər verir ki, uzun müddətdir sərhədlərin açılması ilə bağlı müzakirələr aparılır, lakin nəticə yoxdur.

“Hazırkı epidemioloji vəziyyət uzun müddətdir bağlı qalan quru sərhədlərinin açılmasına imkan verir”.

Bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, indiki durumda quru sərhədlərinin mərhələli şəkildə açılması mümkündür.

Millət vəkili deyib ki, turizm mövsümünün yaxınlaşması ilə əlaqədar artıq quru sərhədlərinin açılması istiqamətində işlərə başlanmalıdır. Bu addım ölkəyə gələn turistlərin sayını əhəmiyyətli dərəcədə artıra bilər.

Qeyd edək ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayında quru sərhədlərini bağlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*