Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulub? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulub? - RƏSMİ AÇIQLAMA

Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.

KONKRET.az  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələr üzərində həbs qoyulmayıb.

“Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*