Azərbaycanda şagird sayı az olan kənd məktəbləri bağlana bilərbackend

Azərbaycanda şagird sayı az olan kənd məktəbləri bağlana bilər

“Azərbaycanın kəndlərində şagird sayı az olan məktəblərə daha çox vəsait xərclənir, amma təhsilin keyfiyyəti aşağı olur. Ona görə də biz həmin məktəblərin bağlanması məsələsinə baxırıq”.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, kənd məktəblərində bir şagirdə düşən xərc Bakı ilə müqayisədə daha yüksəkdir:

“Kənd məktəbində bir şagirdə, məsələn, 24 min manat xərc çəkilir. Amma Bakıda bir şagirdə daha az vəsait xərclənir. Sinifdə şagird sayı çox olduqca, bir şagirdə düşən xərcin miqdarı azalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*