“Azərbaycanda televiziyalar qeybəti sevən adamlar üçün işləyir”backend

“Azərbaycanda televiziyalar qeybəti sevən adamlar üçün işləyir”

“Televiziyalarımızın baxımlı olması üçün yenidən başlamaq, maraqlı televiziya yaratmaq, peşəkar aparıcıları işə cəlb etmək lazımdır. İyirmi il bundan əvvəl “Sizin saat” verilişi etmişdik və indi özümüzü qırağa qoyub, verilişi davam edirlər”

KONKRET.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktyor, aparıcı Kamran Həsənli deyib. K.Həsənli televiziyalarımızın acınacaqlı vəziyyətindən danışıb:

“Televiziyalarımızın vəziyyəti göz önündədir. Peşəkarlar hamısı kənarda qalıb deyə Azərbaycanda televiziyaların vəziyyəti çox gərgindi. Yazıçı Xeyrəddin Qoca həmişə həqiqəti deyən adamdı və televiziyalarımızla bağlı çox düzgün fikirlər səsləndirir. Bununla yanaşı, bütün Azərbaycan tamaşaçısı televiziyalarımızdan narazıdır. Azərbaycan tamaşaçısının ən populyar sözü “biz Azərbaycan televiziyasına son 2-3 ildi baxmırıq” cümləsidir. Kimi dindirirsən, bunu deyir”.

K.Həsənli bizim qonşu ölkələrin televiziyasından öyrənməli olduğumuzu bildirib:

“Televiziya dünyada inkişaf etmiş bir sənət janrıdır. Türkiyə və Rusiyaya baxmaq lazımdır. Düzdü, onlarda da televiziyalar o qədər dünyəvi deyil, amma onlar bunu bacarırlar. Məsələn, türk və ya rus tamaşaçısı “biz öz televiziyamıza baxmırıq” demir. Onlar ancaq hansısa kanala və ya verilişə baxmadıqlarını deyə bilərlər. Bizdə isə faciədir, belə şey olmaz axı. Rusiyada hər təbəqəyə hesablanan kanallar var. Mənim özümə iclaslarda dəfələrlə deyilib ki, intellekt sözünü qırağa qoy, biz qeybəti sevən adamlar üçün işləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*