Azərbaycanda tütündən istifadə məhdudlaşdırılacaq? – VACİB AÇIQLAMAbackend

Azərbaycanda tütündən istifadə məhdudlaşdırılacaq? - VACİB AÇIQLAMA

Azərbaycanda tütün məhsullarına qarşı daha sərt və mərhələli qadağaların tətbiqi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, Türkiyədə bu sahədə müzakirə olunan yeni məhdudiyyətlər fonunda oxşar addımların ölkəmizdə də atılıb-atılmayacağı sual doğurur.

Mövcud qanunvericilik bu cür sərtləşdirmələrə imkan verirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin müddəaları daha da sərtləşdirilməlidir.

Sahibkarın almalarını müsadirə edən məmuru bu cəza gözləyir – “Qanunu heçə  sayıb” - VİDEO » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

“Artıq 1 aprel tarixindən etibarən elektron siqaretlərlə bağlı mühüm dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklərə əsasən, elektron siqaretlərin istifadəsi ilə yanaşı, onların istehsalı, idxalı və satışı da qadağan olunub. Bu, dövlətin tütün məhsullarına qarşı daha sərt mövqe tutduğunu göstərir”.
Hüquqşünas hesab edir ki, bu istiqamətdə tədbirlər mərhələli şəkildə daha da genişləndirilməlidir:

“Gələcəkdə tütün məmulatlarından istifadə edən şəxslərə qarşı cərimələrin artırılması nəzərdə tutula bilər. Lakin məsələ təkcə cərimələrlə həll olunmamalıdır.
Tütünün insan sağlamlığına vurduğu zərərlər cəmiyyətə daha geniş və təsirli şəkildə çatdırılmalıdır. Maarifləndirmə tədbirləri gücləndirilməli, xüsusilə gənclər arasında profilaktik işlər aparılmalıdır. Eyni zamanda dövlət nəzarəti də daha da sərtləşdirilməlidir.”

Ekspertin fikrincə, beynəlxalq təcrübə, o cümlədən Türkiyədə tətbiq olunan yanaşmalar nəzərə alınarsa, Azərbaycanda da tütün məhsullarına qarşı daha sərt və mərhələli qadağaların tətbiqi real görünür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*