Azərbaycanda vəkillərin peşə bayramı qeyd oluna bilərbackend

Azərbaycanda vəkillərin peşə bayramı qeyd oluna bilər

2018-ci ildə aztəminatlı şəxslərlə əlaqədar 25 min iş üzrə hüquqi yardım tamamilə pulsuz həyata keçirilib.

KONKRET.AZ xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2018-ci 22 fevral tarixli sərəncamı inqilabi xarakterlidir.

“Hazırda Gəncə, Şəki Lənkəran və Şirvan şəhərlərində regional vəkillik bürolarının istifadəyə verilməsi istiqamətində iş gedir, Vəkillər Kollegiyasının inzibati binası təmir edilir”.

Kollegiya sədri vəkilliyin institusional formada təşəkkül tapmasında 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun xüsusilə əlamətdar olduğunu qeyd edərək, 28 dekabr tarixinin Vəkillərin Peşə Bayramı kimi qəbul olunmasını təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*