Azərbaycanda vəzifəli şəxs yük maşınının altında can verdi – FOTObackend

Azərbaycanda vəzifəli şəxs yük maşınının altında can verdi - FOTO

Hacıqabulda ötən gecə yük avtomobili ilə vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.

KONKRET.AZ-ın APA-ya istinadla verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu “DAF” markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.

Z. Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kəndi üzrə İcra Nümayəndəsi vəzifəsində çalışıb.

Hacıqabulda yük avtomobili piyadanı vuraraq öldürüb.

Xatırladaq ki, ötən gün saat 00.00-da Bakı-Qazax magistralının Muğan qəsəbəsi ərazisindən keçən hissəsində “DAF” markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*