2021-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq aylarına nisbətən 103,7 faiz olub.
KONKRET.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, əldə etdiyi məlumata əsasən, ölkədə istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artıb.
Bu göstəricilər ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib.
Cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 104,2 faiz təşkil edib.

