44 günlük müharibədən dərhal sonra qonşumuz, dindaşımız İran İslam Respublikası ömründə heç kəsi hədələmədiyi qədər Azərbaycan dövlətini və xalqını hədələdi, qeyzləndi, əleyhimizə ağlına gələni öz mediasında yazdı. Ürəyi soymadı, hətta havada, suda, quruda öz ordusunu təlimə çıxarıb “əzələ nümayişi”də göstərdi.
Öz də düz bizimlə sərhəd olan ərazilərdə. Nəisəki, çox atıldı, düşdü, amma heç bir “səmərəli” addım ata bilmədi. Azərbaycanın Ermənistan üzərində qələbəsini həzm edə bilməyən yaxın qonşumuzun bəhanəsi də odur ki, guya sionist qüvvələr ( İsrail) Qarabağa yerləşib, bu da İrana təhdiddir.
KONKRET.az xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Ordu gününə həsr olunmuş tədbirdəki çıxışında da İsraili hədələməkdən qalmadı: “Əgər sizin tərəfdən bizim millətimizin təhlükəsizliyinə qarşı ən kiçik hərəkət baş verərsə, silahlı qüvvələrimiz üçün İsrailin mərkəzi hədəfolacaq”-deyərək münasibətləri gərginləşdirməyə doğru addımlasa da konkret heç bir əlavə hərəkət etməyə cürət göstərmədi.
Xatırlayırsınızsa, hətta ötən il İranın ali rəhbəri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid etdi.
İranın hərbi gücünün yüksək olduğunu iddia edən Hüseyn Əliyi dedi ki, İsrail ABŞ-ın bölgədəki məğlubiyyətindən sonra onun yerini doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır:“İran buna imkan verməyəcək. Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”, – deyəHüseyn Əliyi bildirdi.
O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söylədi:“Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.
Bir sözlə, Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini dedi. Amma açıqlamasının arxasınca susması bu dəfə də İranın “boş patron” sərf etdiyini anladıq.
Qonşuları hədələməkdən yorulmuş İran bu dəfə qəti bir addım ata bilib. Beləki, İran ordusu İraqın şimalında yerləşən Ərbil vilayətində terrorçuların mövqelərinə artilleriya zərbələri endirib.
Zərbəni İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) həyata keçirib.
Hələlik ölən və yaralananlar barədə məlumat olmasa da, xəbər dünya gündəminə düşüb.
Qeyd edək ki, İranın qonşu dövlətlərə qarşı aqressiv münasibəti ilə bağlı fikirlər çoxdu. Məsələn, bir müddət əvvəl Rusiyanın Müasir dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikovunfikrincə , “Tehranla Bakı arasındakı gərginlik, əslində, digər “qırmızı nöqtələr” sayılan İran – Türkiyə, İran – İsrail ilə bağlıdır. Azərbaycan isə bu vəziyyətdə həmin problemli nöqtələr arasında qalıb. İran ambisiyaları hər zaman özünü göstərir. İran öz həyati vəzifələrini yerinə yetirmək üçün riskə getməyə hazırdır. Tehran hakimiyyətinin atdığı bugünki addımlar Cənubi Qafqazda sülhə doğru hərəkəti ləngitməyə hesablanıb”, – deyə o qeyd edib.//Adalet.az