Azərbaycanla Ermənistan arasında görüşlərə ev sahibliyi etməyə hazırıq – Gürcüstanın Baş naziribackend

Azərbaycanla Ermənistan arasında görüşlərə ev sahibliyi etməyə hazırıq - Gürcüstanın Baş naziri

Gürcüstan Azərbaycanla Ermənistan arasında gələcək görüşlərə ev sahibliyi etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Twitter “hesabında yazıb.

“Gürcüstan bölgəmizdə süh və sabitliyə töhfə verən dialoq formatında öz müsbət rolunu oynamağa sadiq qalır”, – Baş nazir vurğulayıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün Tbilisidə baş tutan görüşünü alqışlayan hökumət başçısı Tbilisinin iki ölkə arasında gələcək görüşlərə də ev sahibliyi etməsinə hazırlığını ifadə edib: “Sülh xalqlarımızın firavanlığı üçün mütləq vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*