Azərbaycanlı şoumen koronavirusa yoluxdu – FOTObackend

Azərbaycanlı şoumen koronavirusa yoluxdu - FOTO

Rusiyada yaşayıb fəaliyyət göstərən Azərbaycan əsilli şoumen, teleaparıcı Tahir Məmmədov koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, artist analizlərinin cavabını sosial şəbəkədə paylaşaraq, bu barədə özü məlumat verib:

“Xəstələnmək heç də xoş deyil! Özünüzü qoruyun!”

T.Məmmədov onda koronavirusun hər hansı simptomunun olub-olmadığını qeyd etməyib.

İzləyiciləri ulduza tezliklə sağalmağı arzulayıblar və onun immunitetini gücləndirərək, xəstəliyə qalib gəlməsini diləyiblər.

Qeyd edək ki, Tahir Namiq oğlu Məmmədov 1981-ci ildə Bakıda anadan olub. O, kino və televiziya aktyoru, kinorejissor, ssenarist, prodüser, teleaparıcı, şoumen və yumor ustasıdır. N.Məmmədov “Comedy Club”un keçmiş prezidentidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*