“Azərbaycanlılarla Qarabağ ermənilərinin birgə yaşaması mümkündür” – Erməni deputatbackend

"Azərbaycanlılarla Qarabağ ermənilərinin birgə yaşaması mümkündür" - Erməni deputat

“Azərbaycanlılarla Qarabağ ermənilərinin birgə yaşaması mümkündür”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Qurqen Arsenyan deyib. O, azərbaycanlılarla Qarabağ ermənilərinin birgə yaşamasının mümkün olub-olmaması sualını cavablandırıb.

“Azərbaycanlılarla Qarabağ ermənilərinin birgə yaşaması əlbəttə, mümkündür. Çünki biz məsələyə bir-birimizi məhv etmək nöqteyi-nəzərindən baxmırıq. Bu halda  məsələyə başqa cür baxmaq lazımdır. Bizim maraqlarımız onların maraqları ilə üst-üstə düşməlidir.

Problemi daim böyütmək yox, həll etmək lazımdır”, – deyə Arsenyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*