““Azərsu” 204 milyonluq yeni binasını əhalinin hesabına tamamlamaq istəyir” – Qubad İbadoğlubackend

"“Azərsu” 204 milyonluq yeni binasını əhalinin hesabına tamamlamaq istəyir" - Qubad İbadoğlu

Tarif Şurasının içməli və tullantı suyuna görə ödənişləri 100 faiz artırması ölkə gündəmin əsas mövzusuna çevrilib. Belə ki, sosial şəbəkələrdə həm adi insanlar, həm də iqtisadçı ekspertlər Tarif Şurasının qərarına münasibət bildirirlər. Digər kommunal xidmətlərin də bahalaşacağı proqnozlaşdırılır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Qubad İbadoğlu qiymət artımını özəlləşdirməyə hazırlıqla əlaqələndirib:

“Hələ benzinin və dizel yanacağının qiyməti bahalaşanda, mən digər kommunal xidmətlərin, yəni suyun, elektrik enerjisinin və qazın, eləcə də nəqliyyatda, metroda gediş haqqının, çörəyin qiymətinin mərhələləi bahalaşacağını proqnozlaşdırırdım. Odur ki, bu da son deyil”. İqtisadçı əlavə edib ki, “Azərsu” ASC-nin Bakının Nərimanov rayonundakı 204 milyon manatlıq yeni inzibati binasının son tamamlama işlərinin görülməsi üçün tenderin qalibi “Az-Mep Group” MMC-yə 10,533 milyon manat ödəməlidir: ”Görünür “AZƏRSU” yeni binanın tamamlama işlərini, komplektləşdirilməsi əhalinin hesabına ödəmək niyyətindədir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*