“Azərsu” ASC büdcəni necə talayıb? – ŞOK FAKTLARbackend

"Azərsu" ASC büdcəni necə talayıb? - ŞOK FAKTLAR

Qubad İbadoğlu: “Subsidiyada və borcda olan dövlət qurumunun rəhbərinin varidatı az qala milyarda çatır

Ölkədə Tarif Şurası tərəfindən suyun qiymətinin artırılması “Azərsu” ASC-nin fəaliyyətini yenidən gündəmə gətirdi. Bu qurumun dövlətdən maliyyələşməsinə baxmayaraq, külli miqdarda xarici borcunun olduğu da üzə çıxdı.

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu KONKRET.az –a bildirib ki, “Azərsu” ASC qiymətləri 2 dəfə qaldırmaqla, insanların cibinə girib və bu azmış kimi xaricdən 1 milyard 269 milyon dollardan çox kredit götürüb:

“5-10 ildən sonra isə qaytarılan borcları və faiz xərclərini əhalinin belinə yükləyir. Belə ki, 2018-ci ildə “Azərsu”nun xeyrinə 403,8 milyon manat olan fərq, 2019-cu ildə 459,1 milyon manata qalxıb. Bir sözlə ildən-ilə “Azərsu”nun büdcəyə ödədikləri azalır, büdcədən aldıqları isə çoxalır”.

Qubad İbadoğlunun sözlərinə görə, subsidiyada və borcda olan dövlət qurumunun rəhbərinin varidatı az qala milyarda çatır, şirkət özünə 204 milyon manatlıq ofis tikdirir, sonra da Qorxmaz Hüseynov zərərlə işlədiklərini bəyan edir:

“Subsidiya ilə fəaliyyət göstəririk, məsrəfimiz çoxdur” – deyərək əhali qrupu üçün qiymətləri qaldırır.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Səbinə
    Fevral 5, 2021 - 09:57

    Alçaqlar bəsdirin daha yeməyə pul tapmırıq belə şey olar nə çox işlətdiyimiz sudur onu hara qaldırırsız siz pul yeyəcək siz biz kasıblar sizlər üçün pul ödəyəcək cındırlardı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*