AzTV-nin daha iki əməkdaşı xəstəxanaya yerləşdirildi – Koronavirusa görəbackend

AzTV-nin daha iki əməkdaşı xəstəxanaya yerləşdirildi - Koronavirusa görə

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) daha iki nəfər koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə redaksiyamıza AzTV-də yerləşən İdman kanalından məlumat veriblər. Həmin məlumata görə, tanınmış idman şərhçiləri Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub. Hazırda onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, artıq AzTV-nin iki əməkdaşı COVID-19-dan dünyasını dəyişib. Artıq bütün saytlarda dəfələrlə televiziyada kütləvi yoluxma ilə bağlı xəbərlər dərc edilsə də, rəhbərlik bu məlumatı təkzib edib.

AzTV-nin mətbuat xidməti bununla bağlı ayrıca məlumat olacağını bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*