Azyaşlı qız 14 yaşlı qardaşından hamilə qaldıbackend

Azyaşlı qız 14 yaşlı qardaşından hamilə qaldı

Rusiyanın Voronej vilayətinin Yaçeyka kəndində 11 yaşlı qız 14 yaşlı qardaşından hamilə qalıb.

“LifeShot”un xəbərinə görə, hər uşaq Valentina S. adlı qadın tərəfindən övladlığa götürülüb.

Qadın yaşadığı kənddə baş mühasib vəzifəsində işləyib. Övladı olmayan Valentina S. səkkiz uşağı öz himayəsinə götürüb. Ailə pensiya və müavinətlər hesabına yaşayıb.

Bacı və qardaşın birlikdə oynamasını qadın təbii qarşılayıb. Lakin bir müddət sonra həkim müayinəsi zamanı məlum olub ki, 11 yaşlı qız hamiləliyin 15-ci həftəsindədir və abort etmək üçün gecdir.

14 yaşlı oğlanı qəyyumluq üçün bu ailəyə verən şəxsə qarşı cinayət işi açılıb.

Məlum olub ki, ötən il uşaqların saxlanılma şəraitini yoxlamağa gələn səlahiyyətli şəxs onların yaşayış şəraitində yol verilən qüsurları görüb, lakin akt tərtib etməkdən boyun qaçırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*