Azərbaycanda bu şəxslərə pulsuz torpaq verilir – Kimlər yararlana bilər?backend

Azərbaycanda bu şəxslərə pulsuz torpaq verilir – Kimlər yararlana bilər?

Azərbaycanda torpaq sahibi olmaq istəyən, lakin bunun üçün kifayət qədər maddi imkanı olmayan vətəndaşlar arasında bələdiyyə torpaqlarının pulsuz verilməsi məsələsi maraq doğurur. Qanunvericilik müəyyən kateqoriyadan olan şəxslərə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsini əvəzsiz əldə etmək hüququ tanıyır.

Bəs bələdiyyə torpaqları kimlərə pulsuz verilir və bu hüquqdan yararlanmaq üçün hansı şərtlər tələb olunur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hüquqşünas Tağı Hüseynov bildirib ki, bələdiyyə torpaq sahələri fərdi yaşayış evinin tikintisi məqsədilə müəyyən kateqoriyadan olan şəxslərin mülkiyyətinə bir dəfə əvəzsiz olaraq verilir.

Hüquqşünas Tağı Hüseynov: “Qadın corabımı geydirməli, ayaqqabımı  təmizləməlidir” | KONKRET

Onun sözlərinə görə, bu hüquq Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, həmin döyüşlərdə həlak olanların ailələrinə, eləcə də ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara şamil edilir.

Hüquqşünas qeyd edib ki, sözügedən şəxslər qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini yalnız bir dəfə pulsuz əldə edə bilərlər. Torpaq sahəsinin ayrılması isə müvafiq qanuni prosedurlar əsasında həyata keçirilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*