Lökbatanda itlər sakinə hücum etdi – Həmin gün 5-ci hadisə imiş+Videobackend

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş+Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb.

Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar.

Sakinlərin sözlərinə görə, həmin səhər binaların həyətində ümumilikdə beş nəfəri it dişləyib.

Onlar bildirirlər ki, bu, massivdə ilk belə hadisə deyil, ərazidə sahibsiz itlərin sayı artır. Xüsusilə səhər erkən və axşam saatlarında həyətə çıxmağa ehtiyat edirlər. Uşaqlarını məktəbə göndərən valideynlər də narahatdırlar. Deyirlər ki, müxtəlif qurumlara müraciət ediblər, amma nəticə olmayıb.

Daha ətraflı “Xəzər TV”nin süjetində:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*