Badalyan: “Azərbaycan münaqişəni bitmiş hesab etmir və buna görə də ordusunu hazır vəziyyətdə saxlayır”backend

Badalyan: “Azərbaycan münaqişəni bitmiş hesab etmir və buna görə də ordusunu hazır vəziyyətdə saxlayır”

“44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə vaxtaşırı birgə hərbi təlimlər keçirir, bu təəccüblü deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə siyasi strateq Armen Badalyan Bakıda keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan münaqişəni bitmiş hesab etmir və buna görə də ordusunu hazır vəziyyətdə saxlayır.

Badalyana görə, erməni tərəfinin təlim düşərgələri daha formal xarakter daşıyır.

“Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan əslində ordunu gücləndirir və Ermənistan sadəcə piar edir”, – deyə Badalyan bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*