İraqda geniş iğtişaşlara səbəb olan siyasi böhranın davamı olaraq, ölkənin narazı xalqı Bağdadın mərkəzində İran rejimi və ona bağlı silahlı qrupların müdaxiləsinə qarşı nümayişlər keçiriblər.
KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, narazı xalq İran rejiminin İraq üzərindəki təsirinin aradan qaldırılmasını tələb ediblər.
Sentyabrın 2-də iraqlı nümayişçilər paytaxtı Bağdadın mərkəzindəki Əl-Nusur meydanına toplaşaraq İran rejiminin öz ölkələrinə müdaxiləsini pisləyib və Tehran rəhbərlərinə qarşı şüarlar səsləndiriblər.
“İran daha İraqda hökmranlıq edə bilməyəcək” şüarları səsləndirən etirazçılar, Tehran hökumətinin İraqın daxili işlərinə qarışmasına imkan verməyəcəklərini bildiriblər.
Natiq Səlim,
KONKRET.az
