“Bağışlayın, dəfnimə mən özüm gecikmişəm”. Vitali Kim ölüm xəbərinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Rusiyanın Teleqram kanallarında Ukraynanın Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kimin ölümü ilə bağlı şayiələr yayılıb. Vitali Kim yayılan şayiələrə münasibət bildirib.
Videomesajında Kim sağ və sağlam olduğunu və qalib gəlmək üçün çalışdığını təsdiqləyib.
“Video çəkdim, çünki səfeh Telegram kanallarında mənim öldüyüm barədə yazmağa başlayıblar. Məni sevindirən bu, yox, dostlarımın reaksiyası oldu”, – Kim müraciətinə başlayıb.
Onun sözlərinə görə, dostları dəfn mərasiminə niyə dəvət olunmadıqlarını soruşmağa başlayıblar.
“Bağışlayın, mən özüm gecikmişəm”, – deyə Kim zarafat edib.
O, həmçinin vurğulayıb ki, şəhərin və rayonun intensiv atəşə tutulması davam edir.
“Amma bizim ordumuz düşməni sıxışdırır. Hər şey plan üzrə gedir”, – VHA rəhbəri əmin edib.
Kimin sözlərinə görə, rus işğalçılarının risk və gündəlik hücumlarına baxmayaraq, Nikolayev bölgəsinin daha çox sakini evlərinə qayıdır.
Xuraman Etibarlı,
KONKRET.az
