Bakı metrosunda həyəcanlı anlar – Təcili yardım çağırıldıbackend

Bakı metrosunda həyəcanlı anlar - Təcili yardım çağırıldı

Bakı metrosunun “Sahil” stansiyasında bir nəfərin halı pisləşib.

KONKRET.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Belə ki, sərnişinlərdən biri metronun vestibülünə girərkən halının pis olduğunu deyib.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, sərnişinin vəziyyətinin pisləşməsi metro ilə əlaqəli deyil:

“Sərnişin stansiyaya daxil olmamış vəziyyətinin yaxşı olmadığını deyib. Metropoliten əməkdaşları gənc xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırıb. O, yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Sərnişinin huşu özündə olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*