Bakı-Qazax yolunda “Mercedes” aşıbbackend

Bakı-Qazax yolunda "Mercedes" aşıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Aşağı Göycəli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Səbuhi Babayev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə Qazax istiqamətində hərəkər edərkən idarə etmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb. Qəza zamanı  sürücü və sərnişin Füzuli Vəliyev müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta-ağır olaq qalır.

Faktla  bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*