backend

Bakı sakini Xaçmazda qəzaya düşdü

Axşam saatlarında Xaçmazda yol nəqliyyat hadisəsi baş verib. Rayonun Bakı prospektində qeydə alınan hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Bu, Bakı şəhər sakini 1993-cü il təvıllüdlü Məmmədov Pərvin Vidadi oğludur. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Faktla əlaqədar olaraq Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*