Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında ləngimə qeydə alınıb.
KONKRET.AZ bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər.
Qeyd olunub ki, gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə yaranan texniki nasazlıq olub:
“Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub.
Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb.
Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb.
Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir”.
