Bakı-Sumqayıt yolunda sıxlıq – İnsanlar saatlarla tıxacda qaldılar + Fotolarbackend

Bakı-Sumqayıt yolunda sıxlıq - Sürücülər saatlarla tıxacda qaldılar + Fotolar

Bakı – Sumqayıt magistral yolu dedikdə ağıla gələn ilk söz tıxacdır.

Çünki bu yolu tıxacsız təsəvvür etmək qeyri-mümkündür.

Hər gün Sumqayıt, Xırdalan və digər ətraf şəhər və qəsəbələrdən paytaxt Bakıya üz tutan minlərlə insan tıxacda qalaraq mənzil başına gecikir, stress və əsəb gərginliyi yaşayır.

Sürücülər isə bütün bunlarla yanaşı, həm də maddi itki ilə üzləşirlər.

Vay o gündən ki, bu yolda təmir-yenidənqurma işləri aparıla, yaxud qəza baş verə…

O zaman yarım saatlıq Bakı-Sumqayıt yolunu ən azı 2-3 saata getməli oluruq.

KONKRET.AZ xəbər verir ki, Bakı-Sumqayıt magistral yolunun Masazır dairəsindən üzü Abşeron gənclər şəhərciyinə gedən hissəsində aparılan təmir işləri ilə əlaqədar sözügedən ərazidə uzun tıxac yaranıb.

İnsanlar saatlarla tıxacda qalmalı olublar.

Bu da aqressiya və əsəb gərginliyinə, eləcə də yanacaq itkisinə səbəb olub.

Sürücülər bu cür təmir işlərinin pik vaxtlarda aparılmasından gileyləniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*