Bakıda 13 yaşlı qız itkin düşdübackend

Bakıda 13 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.

KONKRET.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Ş. Rəhimov küçəsində yaşayan 13 yaşlı Balabəyli Leyla Elşad qızı mayın 20-i saat 18 radələrində yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə onun anası S.Sultanova Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə müraciətində bildirib.

Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.//Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*