Bakıda 2 maşın toqquşdu: Biri dövlət idarəsinin binasına çırpıldı – FOTOLARbackend

Bakıda 2 maşın toqquşdu: Biri dövlət idarəsinin binasına çırpıldı - FOTOLAR

Bakıda iki minik maşını toqquşub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.

Qəza zamanı 10-HU-530 dövlət nömrə nişanlı BMW və 99-AZ-266 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillər toqquşub. Qəzadan sonra “Volkswagen” Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin binasına, BMW isə dövlət idarəsinin yaxınlığındakı mühafizə xidmətinə məxsus köşkə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*