Bakıda avtomobil azyaşlını vuraraq xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Əliyev Əkbər Loğman oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.//Report
