Bakı şəhərinin Səbail rayonunda yanğın olub.
KONKRET.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, ümumi sahəsi 70 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
