Bakıda azyaşlı bacıları avtomobil vurdubackend

Bakıda azyaşlı bacıları avtomobil vurdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Gülçülük Sovxozu adlanan ərazidə yol kənarı ilə hərəkət edən, 2007-ci il təvəllüdlü Gülməmmədli Şəmsiyyə Yusif qızı və onun bacısı, 2010-cu il təvəllüdlü Gülməmmədli Gülzar Yusif qızını avtomobil vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*