Bakıda bəzi yerlərdə karantin postları BƏRPA EDİLİRbackend

Bakıda bəzi yerlərdə karantin postları BƏRPA EDİLİR

Paytaxtda sərt karantin rejimi ilə əlaqədar postlar yenidən qurulur.

KONKRET.az-ın məlumatına görə, zərurət olan ərazilərdə postlar yenidən bərpa olunur.

Bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir.

Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili hissələrdə nəzarət gücləndirilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*