Bakıda COVID-19-a ən çox yoluxma Binəqədidədirbackend

Bakıda COVID-19-a ən çox yoluxma Binəqədidədir

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.

KONKRET.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,7 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,3 %-lə Yasamal, 11,1 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*