Bakıda dörd azyaşlı itkin düşdübackend

Bakıda dörd azyaşlı itkin düşdü

Ötən gün ərzində Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinə dördü yeniyetmə olmaqla, beş nəfərin itkin düşməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə KONKRET.az-a hüquq-mühafizə orqanlarından xəbər verilib.

2005-ci il təvəllüdlü Xəzər rayonunu Qala qəsəbə sakini Fatimə Abdulova iyulun 22-də, saat 16.00 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun həmyaşıdı, Suraxanı rayonunun Hövsan qəsəbə sakini Diana Kiriyeva da həmin gün, saat 14:00 radələrində itkin düşüb.

Sabunçu rayonunun Maştağa qəsəbəsində eyni ailənin üç üzvü – 1978-ci il təvəllüdlü Təranə Əliyeva, həmçinin qızları – 2014-cü il təvəllüdlü Güləsər və 2010-cu il təvəllüdlü Tanar evdən çıxıb və geri qayıtmayıblar.

Hazırda rayon polis şöbələri onları axtarır.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*