Suraxanı rayonunda “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik naqilləri qismən yanıb.
KONKRET.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
