Bakıda heroin satan şəxs saxlanıldı – VİDEObackend

Bakıda heroin satan şəxs saxlanıldı - VİDEO

Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

KONKRET.az DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlərlə həmin şəxs – 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb.

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*