Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi nin bir hissəsində – 12 avqust 2026-cı il saat 08:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi nin bir hissəsində – 12 avqust 2026-cı il saat 11:00-dan nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və yarana biləcək narahatlığa anlayışla yanaşmaları xahiş olunur”, – deyə məlumatda bildirilib.
