Bakıda itkin düşən ana və yeddi yaşlı qız tapıldı – YENİLƏNİBbackend

Bakıda itkin düşən ana və yeddi yaşlı qız tapıldı - YENİLƏNİB

Bakının Xətai rayonunda iyulun 24-də itkin düşən Vüsalə Zeynalova və yeddi yaşlı qızı Xədicə Zeynalova tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən məlumat verilib.

Onların hansı ərazidə tapılması və itkin düşmə səbəbləri isə açıqlanmayıb.

***

09:16

Bakıda ana və 7 yaşlı qızı itkin düşüb.

KONKRET.az xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.

Belə ki, 1990-cı təvəllüdlü Vüsalə Zeynalova qızı, 2015-ci il təvəllüdlü Xədicə Zeynalova ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində aradşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*