Bakıda kirayədə birgə yaşadığı qadını döyən şəxsə hökm oxundubackend

Bakıda kirayədə birgə yaşadığı qadını döyən şəxsə hökm oxundu

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Arif Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Günay Göyüşovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilib.

İş materiallarına əsasən, hadisə bu il saat 13:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, Arif Həsənov onunla eyni ünvanda kirayədə yaşayan və qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Aliyə Səmədova (adı, soyadı şərtidir) şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı o, qəsdən təpiklə qadının sağ ayağının bud nahiyəsinə bir dəfə zərbə vurub.

Nəticədə zərərçəkmiş şəxsin sağ bud nahiyəsində küt əşyanın təsirindən əmələ gəlmiş, fluktuasiya ilə müşayiət olunan hematoma yaranıb. Tibbi qiymətləndirməyə əsasən, xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər kimi qiymətləndirilən xəsarətlərə aid edilib.

Arif Həsənovun hərəkətləri Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilib.

Məhkəmə iclasında o, irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi əməldən peşman olduğunu deyib.

Arif Həsənov zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tam ödədiyini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*