BMT Rusiyada insan haqları üzrə monitorinqi daha bir il uzatdıbackend

BMT Rusiyada insan haqları üzrə monitorinqi daha bir il uzatdı

BMT-nin İnsan Hüquqları Şurası Rusiyada insan hüquqları sahəsində vəziyyətin monitorinqini daha bir il uzadıb.

KONKRET.az xəbər verir ki, mandatın uzadılmasının lehinə 21 ölkə səs verib, 5 ölkə əleyhinə çıxıb, 21 dövlət isə bitərəf qalıb. Qətnamə Avropa İttifaqı adından İrlandiya tərəfindən təqdim olunub.

İrlandiyanın Cenevrədəki BMT-də daimi nümayəndəsi Lourens Simms təşəbbüsü şərh edərkən bildirib ki, Rusiyada hakimiyyəti tənqid edən şəxslərin məhkəməsiz edamları, siyasi plüralizmin zəiflədilməsi, vətəndaş cəmiyyətinə, müstəqil KİV-lərə, jurnalistlərə, yerli xalqlara və azlıqlara qarşı sistemli repressiyalar cəzasız qalmaqda davam edir.

Ölkələr arasında səsvermə zamanı mövqelər fərqli olub. Mandatın uzadılmasını Böyük Britaniya, Çili, Fransa, İtaliya, Yaponiya və Cənubi Koreya dəstəkləyib.

Burundi, Çin, Kuba, Efiopiya və Vyetnam isə qətnamənin əleyhinə səs verib. Çin digər Şura üzvlərini də mandatın uzadılmasına qarşı çıxmağa çağırıb.

Bitərəf qalan ölkələr arasında Braziliya, Hindistan, Meksika və Cənubi Afrika da yer alıb. Rusiya isə müzakirələr zamanı çıxış etməkdən imtina edib.

Rusiya Federasiyasında insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçi ilk dəfə 2022-ci ilin oktyabrında təyin olunub. Bu vəzifəyə bolqarıstanlı hüquq müdafiəçisi Mariana Katsarova gətirilib.

İnsan Hüquqları Şurasının son qərarı ilə Katsarovanın mandatı daha bir il müddətinə uzadılıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*