Qazax rayonunda məktəbli həmkəndlisini bıçaqlayıb. Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.
KONKRET.az Baku TV-yə istinadla bildirir ki, məlumata görə, toyda olan 11-ci sinif şagirdi Sabir Vəliyevlə 20 yaşlı Hümbət Omarov arasında mübahisə düşüb.
Daha sonra yeniyetmə həmkəndlisini bıçaqlayıb. Xəsarət alan şəxsin qohumu Bilal Omarov hadisənin toyda başlayan mübahisədən sonra baş verdiyini bildirib:
“Söhbət toyda başlayıb. Bizim kəndin üstündən kanal keçir. Onu kanalın üstünə aparıb, orada bıçaqla vurub. Atası yoxdur, tək anası var”.
Digər qohum Sarı Omarov isə hadisədən əvvəl tərəflərin toyda spirtli içki qəbul etdiyini deyib:
“Qonşuda toyda olublar. İçirdiblər”.
Məlumata görə, Hümbət Omarov bir neçə ay əvvəl hərbi xidmətdən tərxis olunub. Faktla bağlı araşdırma aparılır.
