Bakıda lift qırıldı – Yaralılar var / YENİLƏNİBbackend

Bakıda lift qırıldı - Yaralılar var / YENİLƏNİB

Bu gün axşam saatlarında Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında lift qırılıb. 

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı TƏBİB də məlumat yayıb.

Qurumdan bildirilib ki, bu gün saat 18:13 radələrində baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 4 nəfərdən ikisi böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

20:53

Bakıda yaşayış binasında lift qırılıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

İlkin ehtimala görə dörd nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*